Xüsusilə gənclər arasında axtarış sistemi kimi istifadə edilən TikTok strateji addım olaraq Vikipediya ilə əməkdaşlıq edərək oradakı məlumatları axtarış nəticələrinə əlavə edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
TikTok-un istifadəçi bazası indi proqramdan yerli yemək seçimləri və xəbər yeniləmələri daxil olmaqla geniş çeşidli məlumat üçün axtarış vasitəsi kimi istifadə edir.
The Verge-dəki xəbərə görə, TikTok-da müxtəlif mövzular üzrə axtarış nəticələrində Vikipediya keçidləri aşkar edilib.
TikTok-un sözçüsü Zachary Kizer, istifadəçilərə tətbiqdaxili məlumatlara çıxış təmin etmək üçün TikTok və Wikipedia arasında əməkdaşlığı rəsmi olaraq etiraf edib.
Kizer bu xüsusiyyətin bir neçə aydır fəaliyyət göstərdiyini bildirsə də, görünür ki, şirkət rəsmi açıqlama verməyib. Bu, indiyə qədər media tərəfindən çox açıqlanmayıb.
Wikipedia plaqini istifadəçilər səhifəni aşağı sürüşdürdükcə tətbiqdaxili axtarış nəticələrində görünür. O, əlaqəli videolar arasında yerləşdirilir və istifadəçi nəticəyə klik etdikdə birbaşa Vikipediyaya aparılır.