TikTok vasitəsilə ölümə dəvət: Narkomafiya uşaqları qəddarcasına QƏTLƏ YETİRİRbackend

TikTok vasitəsilə ölümə dəvət: Narkomafiya uşaqları qəddarcasına QƏTLƏ YETİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada narkotik mafiyası uşaqları qəddarcasına qətlə yetirir.

İnterpress.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Cinayətkar qruplaşmalar artıq sosial şəbəkələr, xüsusilə TikTok vasitəsilə 13-14 yaşlı uşaqları işə cəlb edir. Onlara gündəlik yüksək gəlir vəd olunsa da, sonda uşaqlar borca salınır, zorla saxlanılır və zorakılığa məruz qalırlar.

Fransa Ədliyyə Nazirliyinin məlumatına görə, son 8 ildə narkotik ticarətinə cəlb olunan yeniyetmələrin sayı 4 dəfədən çox artıb.

Rəsmilər bildirir ki, “DZ Mafia” kimi qruplaşmalar şəhərdə dominantlıq edir. Polisin sərt müdaxilələrinə baxmayaraq, küçələrdə anarxiya yaşanır.

Xuraman Etibarlı

İnterpress.az