Avqustun 15-də “İştirak Evi” adı altında özünü müharibə əleydarları kimi təqdim edən bir qrup gənc (NOWAR-çılar) Azərbaycanın ələyhinə toplantı keçiriblər. Onlar toplantıda ölkəmizin inkişafına, dövlətimizin gücünə, ordumuzun qüdrətinə kölgə salan qərəzli və xain fikirlər səsləndiriblər. Həmin bir qrup gəncin doğma Azərbaycana qarşı səsləndirdikləri həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli iddialar cəmiyyətdə birmənalı qarşılanmayıb.
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili məsələ ilə bağlı İnterpress.az-a münasibətini bildirib.
O, açıqlamasında həmin gəncləri sadəcə xəyanətkar kütlə adlandırıb.
Təşkilat sədri özünü “müasir” kimi qələmə verən NOWAR-çılara və “müharibəyə yox” şüarını qələmə alanlara səslənib: “Millət naminə 1 millimetr belə addım atmayan antimilli ünsürlər Şəhadət yoluna daş qoymaq üçün müharibəyə başlayıblar. Bayraq uğrunda axan qanı görməyən bu qansızların əlində bayraq etdikləri isə sifarişdir, tapşırıqdır! Gözümüz və sözümüz açıq olmalıdır! Qan ilə çəkilən bu yola xətt çəkmək isə xəyanətdən başqa bir şey deyil!”.