Toğrul Allahverdili : “İran Azərbaycana qarşı terror siyasətini davam etdirir”backend

Toğrul Allahverdili: “İran Azərbaycana qarşı terror siyasətini davam etdirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Azərbaycana qarşı terror siyasətini davam etdirir”.

İnterpress.az xəbər verir ki, bunu Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyinə silahlı terr hücumu nəticəsində mühafizə xidmətimizin rəisini Orxan Əsgərov qəhramanca şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

“Allah şəhidimizə rəhmət eləsin, yaralananlara şəfa versin!

Hələ ki, hadisə ilə bağlı bu tezliyə proqnoz vermək çətindir.

Amma versiyalar müxtəlifdir: Bu, İranın da, İranda toxunulmaz şəraitdə yaşayan erməni bacılarının da təxribatı ola bilər.

İranın Azərbaycana qarşı uzun illərdir sərgilədiyi alçaq münasibətinin nəticəsi göz önündədir. Amma istənilən halda Azərbaycan səfirliyinin mühafizəsi İranın cavabdeh olduğu başlıca məsələlərdəndir. Məsuliyyəti də İran daşıyır!

Görünür, İran Azərbaycana qarşı terror siyasətini davam etdirir”.