Tokio Kiyevə kəşfiyyatda dəstəyini gücləndirməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa kəşfiyyat xidmətlərinin ruporu “Intelligence Online” məlumat yayıb.
Yaponiya beynəlxalq dəstəkdə ənənəvi təmkininə baxmayaraq, Ukraynaya, xüsusən də kəşfiyyat sahəsində yardımı genişləndirməyə hazırdır.
Yaponiya hakimiyyət orqanları ilə Ukrayna hərbi kəşfiyyatı arasında son danışıqlar göstərir ki, Tokio Kiyevə, xüsusən də geoməkan kəşfiyyatı (GEOINT) sahəsində daha fəal dəstək verməyə hazırdır.
Fevralın sonundan Yaponiya Ukraynaya radar görüntülərinin verilməsi ilə bağlı danışıqlar aparır.
Martın 6-da ABŞ-nin bu sahədə yardımını dayandırdıqdan sonra bu əməkdaşlıq xüsusilə aktuallaşıb.
Amerika dəstəyinin bərpasından sonra Yaponiya danışıqları davam etdirdi. Yaponiya tərəfi özəl şirkət iQPS tərəfindən hazırlanmış radar müşahidə peyklərindən istifadə etməklə əldə edilmiş məlumatları təqdim etməyə hazırdır.
Qeyd edilir ki, bu cür əməkdaşlıq Yaponiyanın geoməkan kəşfiyyatı sahəsində imkanlarını gücləndirə və Ukraynanı əvvəllər ABŞ-dan alınan alternativ məlumat mənbələri ilə təmin edə bilər.
Xuraman Etibarlı
İnterpress.az