Tolik “Xəzər“dən getdi – “Əlinizə xına çəkməyə…“backend

Tolik “Xəzər“dən getdi – “Əlinizə xına çəkməyə…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəhayət, 5 ilə yaxındır çalışdığım, məni sizə daha yaxından tanıtdıran doğma “Xəzər”imizdən ərizəmi yazaraq uzaqlaşıram”.

Yenisabah.az xəbər verir ki, bu sözləri prodüser, aparıcı Tarix Əliyev (Tolik) deyib.

O, “Xəzər” telekanalı ilə yollarını ayırdığını qeyd edib:

“Məni sizə daha yaxından tanıtdıran doğma “Xəzər”imizdən ərizəmi yazaraq uzaqlaşıram. Bu müddət ərzində ola bilər ki, hansısa yanlışlıqlarım olub. Peşəkar aparıcı və jurnalist olmasam da, bu illər ərzində bir çox peşəkar aparıcıların qarşısına çıxıb onlarla rəqabətdə öz sözümü deməyi bacardım. Bunu kim dansa da, televiziya əməkdaşları çox yaxşı bilir. Siz tamaşaçıların mənə olan sevgisi və göstərdiyi diqqət sayəsində sözümü deməyi bacardım. Çünki hər aparıcı tamaşaçı sevgisini qazana bilmir”.

Tolik bəzi həmkarlarının bostanına daş atmağı da unutmayıb:

“Baxmayaraq ki, Murad müəllim (Murad Dadaşov – red.) vəzifəyə gələn gün “Hər şey daxil” verilişi bağlandı, amma mən bu günə qədər “Xəzər” kanalının əməkdaşı olaraq hər ay əmək haqqımı alırdım. Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət maaşımı alacaqdım. Buna görə də, ayrıca Murad müəllimə təşəkkür edirəm. Bundan sonra atdığım atdım mənim izləyicilərimi və məni çox sevindirəcək. Təsadüfən efirdə olan qısa müddətli “aparıcılar”. Əlinizə xına çəkməyə tələsməyin. Sevinciniz çox çəkməz. Əkizlər bürcü hər zaman istədiyinə nail olmağı bacarır”.

Tolik “Xəzər“dən getdi - “Əlinizə xına çəkməyə...“