Tramp Somalini tənqid edib, Avropa ölkələrindən isə ABŞ-a “yaxşı insanlar” göndərmələrini istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
ABŞ lideri bəyan edib ki, Birləşmiş Ştatlara “zibil” (bərbad) ölkələrdən insanlar gəlir. O, Norveç, İsveç və Almaniyanı ABŞ-a bir neçə “yaxşı insan” göndərməyə çağırıb.
“Niyə biz ancaq “zibil” ölkələrdən olan insanları qəbul edirik? Niyə Norveçdən, İsveçdən, Danimarkadan insan qəbul edə bilmirik? Xahiş edirəm, bizə bir neçə yaxşı insan göndərin”, – o bildirib.
Tramp həmçinin əlavə edib: “Amma biz həmişə Somalidən… Çirkli, iyrənc və kriminal yerlərdən gələnləri qəbul edirik”.
Xuraman Etibarlı
İnterpress.az






