Tramp Ağ Evdə Putinlə çəkilmiş şəklini nümayiş etdirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Donald Tramp Ağ Evdə Rusiya Prezidenti Vladimir Putinlə çəkilmiş şəklini asıb.
Məlumata görə, fotonun ölçüsü və kompozisiyası Putinin Alyaskadakı sammitdən sonra Trampa göndərdiyi şəkillə tamamilə eynidir.
Bildirilir ki, ABŞ Prezidenti həmin fotonu xüsusi çərçivədə ehtiyatla qoruyub saxlayıb və indi onu Ağ Evin divarından asmağa qərar verib.

Xuraman Etibarlı
İnterpress.az






