Tramp fəhləyə orta barmağını göstərib.
İnterpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampla bağlı növbəti qalmaqallı hadisə yaşanıb.
Məlumata görə, “Ford” zavodunun işçilərindən biri dövlət başçısını sərt şəkildə ittiham edərək, onu “pedofillərin müdafiəçisi” adlandırıb.
TMZ nəşrinin yazdığına görə, bu sözlərdən hiddətlənən Tramp əsəblərini cilovlaya bilməyib.
Prezident həmin şəxsə orta barmağını göstərib və qeyri-etik ifadə işlədərək onu söyüb (“rədd ol” deyib).
Xuraman Etibarlı
İnterpress.az






