Tramp İrandakı silahlı hökumət əleyhinə qrupları dəstəkləməyə hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
ABŞ-nin rəsmi şəxsləri bildiriblər ki, prezident Donald Tramp İranda mövcud rejimə qarşı mübarizə aparan silahlı qruplara yardım göstərilməsi ehtimalını nəzərdən keçirir.
Məqsəd ölkə daxilindəki anti-hökumət qüvvələrini gücləndirmək və hakimiyyətə qarşı təzyiqləri artırmaqdır.
Hələlik bu qruplara birbaşa silah tədarükü və ya məxfi kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı yekun qərar qəbul edilməyib.
Vaşinqtonda belə bir addımın regiondakı genişmiqyaslı təsirləri və yarada biləcəyi risklər hazırda ciddi şəkildə müzakirə olunur.
Qeyd edək ki, bu məlumat ABŞ-nin İrana qarşı siyasətində daha radikal addımların atıla biləcəyindən xəbər verir.
Xuraman Etibarlı
İnterpress.az






