“Tramp Maduronu qaçırıb” deyən şəxs külli miqdarda cərimələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Daşkənddə sərxoş vəziyyətdə olan yerli sakin Daşkənd Şəhər İdarəsinə zəng vuraraq Donald Trampdan şikayət edib.
Kişi iddia edib ki, Tramp Venesuela lideri Nikolas Maduronu qaçırıb və o, Özbəkistan polisinin bu məsələnin öhdəsindən hər kəsdən daha yaxşı gələcəyinə inanıb.
Lakin hüquq-mühafizə orqanları yalan çağırış səbəbilə həmin şəxs barəsində tədbir görüb.
Daşkənd məhkəməsi polisi əbəs yerə narahat edən vətəndaşı 1,23 milyon sum (təxminən 166 manat) məbləğində cərimələyib.
Xuraman Etibarlı
İnterpress.az






