Tramp Qrenlandiya və Panama kanalına nəzarəti ələ keçirmək üçün hərbi güc tətbiq etməyəcəyinə söz verməkdən imtina edib.
İnterpress.az xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində deyib.
Tramp bildirib ki, o, ABŞ-nin nəzarətinə qaytarmaq niyyətində olduğu Panama kanalı ilə bağlı artıq Panama hakimiyyəti ilə müzakirələr aparır.
O, Qrenlandiya və Panama kanalına nəzarəti ələ keçirmək üçün hərbi və iqtisadi məcburiyyətdən istifadə etməyəcəyinə zəmanət verməkdən imtina edib.
Xuraman Etibarlı
İnterpress.az