ABŞ prezidenti Donald Tramp müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə dünən Ağ Evdə iftar süfrəsi açıb.
İnterpress.az xəbər verir ki, o, administrasiyasının Yaxın Şərqə sülh gətirməklə “müsəlman cəmiyyətinə verdiyi vədlərə əməl etdiyini” bildirib.
O, belə sülhə ərəblərlə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişlərin imzalanması ilə nail olunacağını bildirib.
“Mənim administrasiyam hər kəsin qeyri-mümkün olduğunu söylədiyi tarixi İbrahim razılaşmalarına əsaslanaraq, Yaxın Şərqə davamlı sülh gətirmək üçün amansız diplomatiya ilə məşğuldur”, – Tramp deyib.
ABŞ prezidenti İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılması səylərinə toxunaraq deyib: “İndi biz onları tamamlamağa başlayacağıq”.
Xuraman Etibarlı
İnterpress.az