Tramp Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin səviyyəsindən məyus olmadığını bildirib.
İntertpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna tərəfi ilə danışıqlar üçün İstanbula gələn Rusiya nümayəndə heyətinin tərkibi ilə bağlı heç bir şikayətinin olmadığını deyib.
“Mən nümayəndə heyəti haqqında heç nə bilmirəm. Mən Putinlə görüşənə qədər heç nə olmayacaq”, – Tramp əlavə edib.
Bu gün səhər saatlarında Ankarada Ukrayna prezidenti Zelenski jurnalistlərə açıqlamasında Rusiyanın İstanbula göndərdiyi nümayəndə heyətini “yalançı səviyyə” adlandırıb.
Xuraman Etibarlı
İntertpress.az