Tramp bildirib ki, Ukraynadakı münaqişənin sona çatması ümumilikdə düşünüləndən daha yaxındır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Donald Tramp Ukraynadakı münaqişənin başa çatmasının bir çoxlarının düşündüyündən daha yaxın olduğunu bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması məsələsi qarşıdan gələn NATO sammitinin əsas müzakirə mövzularından biri olacaq.
Tramp münaqişənin mümkün həlli ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.
Xuraman Etibarlı
İnterpress.az






