Tramp yeni sosial şəbəkə yaradırbackend

Tramp yeni sosial şəbəkə yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “TRUTH Social” adlı sosial şəbəkəsini yaradıb.

Yenisabah.az “SkyNews”a istinadla xəbər verir ki, bir sıra sosial şəbəkələr, o cümlədən “Facebook” və “Twitter” eks-prezidentin səhifələrini bloklayıb.

Buna səbəb yanvarın 6-da Tramp tərəfdarlarının Konqresə hücumu olub.

Həmin hadisədən sonra o öz sosial şəbəkəsini yaratmaq niyyətini açıqlayıb.

Trampın sözlərinə görə, ABŞ-ın təhlükəli bir ölkəyə dönməsinə qarşı mübarizə aparacaq.

Yeni sosial şəbəkəsi bu çərçivədə senzura və ayrı-seçkilik olmadan açıq və vicdanlı ünsiyyət üçün bir platformaya çevriləcək.

Qeyd edək ki, hələlik istifadəçilər yalnız Trampın sosial şəbəkəsində qeydiyyatdan keçə bilərlər.

Yaxın gələcəkdə analitik məqalələrin, bloqların, forumların, videoların yerləşdirilməsi planlaşdırılır.

Trampın sosial şəbəkəsinin 2022-ci ilin birinci rübündə tamamlanacağı gözlənilir.