Tramp yenidən prezident seçilsə, bir neçə yüksək vəzifəli məmuru istefaya göndərəcəkbackend

Tramp yenidən prezident seçilsə, bir neçə yüksək vəzifəli məmuru istefaya göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə ölkənin milli təhlükəsizlik sahəsində bir neçə yüksək vəzifəli məmuru istefaya göndərməyi planlaşdırır.

Bu barədə “Axios” xəbər yayıb.

Bildirilir ki, Tramp Federal Təhqiqat Bürosunun direktoru Kristofer Reyi, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspeli və Müdafiə naziri Mark Esperi vəzifəsindən azad etmək istəyir.

Qeyd olunur ki, planlaşdırılan əvəzetmə siyahısı daha uzundur, ancaq işdən çıxarılma əsas bu üç namizəd üçün prioritetdir.

Eyni zamanda, bildirilir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Haspel seçkiləri kimin qazandığından asılı olmayaraq, özü də istefaya getməyi düşünür.

 

İnterpress.az