Trampdan Moskvaya JEST: “Marinera” tankerindəki iki rus dənizçi AZAD EDİLDİbackend

Trampdan Moskvaya JEST: “Marinera” tankerindəki iki rus dənizçi AZAD EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp “Marinera” tankerindəki iki rus dənizçini azad edib.

İnterpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şimali Atlantikada saxlanılan gəmi heyəti ilə bağlı qərar qəbul edib.

Məlumata görə, Tramp Rusiya Xarici İşlər Nazirliyinin müraciətinə cavab olaraq, daha əvvəl Amerika hərbçiləri tərəfindən saxlanılan “Marinera” tankerinin heyət üzvü olan iki Rusiya vətəndaşını azad edib.

Rusiya nazirliyindən bildirilib ki, azadlığa buraxılan vətəndaşların ən qısa zamanda vətənə qaytarılması üçün bütün məsələlərin təcili həllinə başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az