Donald Tramp Afrika ölkəsini insanların bir-birini öldürdüyü ərazi adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Somali haqqında sərt və qalmaqallı fikirlər səsləndirib.
O, Afrika ölkəsindəki vəziyyəti tənqid edərkən deyib:
“Bura heç ölkə də deyil, bu sadəcə ətrafda gəzib bir-birini öldürən insanlardır”.
Trampın bu ifadələri mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az






