Trampın antisemitizm planı həyata keçirilməyə BAŞLADIbackend

Trampın antisemitizm planı həyata keçirilməyə BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın antisemitizm planı ABŞ-də həyata keçirilməyə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın antisemitizmlə mübarizə üzrə işçi qrupunun rəhbəri təyin etdiyi Leo Terrell bildirib.

O deyib ki, qarşıdakı həftələrdə Amerika prezidentinin ştatlarda antisemitizmlə mübarizə planını həyata keçirmək üçün “çox işlər görüləcək”.

Terrell İsrailin Channel 12 TV-yə verdiyi müsahibədə yuxarıda qeyd olunan planın mərhələlərini açıqlayıb:

  • İlk addım universitet şəhərciklərində yəhudilərə qarşı nifrətlə mübarizə olacaq. İmtina edildiyi halda, ali məktəbləri maliyyə və büdcədən məhrum etmək məqsədi ilə onlara qarşı iddialar qaldırılacaq;
  • İkinci addım universitetlərdən yəhudi tələbələr üçün daha əhatəli müdafiənin təmin edilməsini tələb edən məhkəmə qərarlarını əldə etmək üçün onlara qarşı iddialar qaldırmaqdır;
  • Digər bir tədbir antisemit nümayişlərdə fəal iştirak edən tələbələrin vizalarının ləğvi olacaq.

Xuraman Etibarlı

İnterpress.az