Aİ Trampla “Qrenlandiya bazarlığı”na hazırlaşır.
İnterpress.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Qrenlandiya məsələsi ilə bağlı ABŞ Prezidenti Donald Trampla razılığa gəlməyə çalışır.
“Politico” nəşrinin məlumatına görə, Avropa ölkələri Trampla ortaq məxrəcə gəlmək üçün bütün səylərini səfərbər ediblər.
Brüssel elə bir kompromis variantına meyil edir ki, Tramp bunu ictimaiyyətə özünün “siyasi qələbəsi” kimi təqdim edə bilsin.
Avropa liderləri Arktikada NATO çərçivəsində təhlükəsizliyin gücləndirilməsi, müdafiə xərclərinin artırılması və Qrenlandiyada faydalı qazıntıların hasilatı sahəsində ABŞ-yə ciddi güzəştlərin edilməsi variantlarını nəzərdən keçirirlər.
Brüsseldə ehtiyat edirlər ki, Vaşinqtonun təzyiqləri – hətta güc tətbiqi ssenarisinin istisna edilməməsi – NATO-nun və bütün Avropa təhlükəsizlik sisteminin çöküşünə səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






