ABŞ-də itləri maşına bağlayıb yolda sürüyən kişi tutulub.
İnterpress.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında heyvanlara qarşı inanılmaz qəddarlıq faktı qeydə alınıb.
Məlumata görə, 68 yaşlı kişi “Martsipan” adlı ovçarka balasını və “Nuqa” ləqəbli pitbulu avtomobilinin baqajına bağlayaraq qaza basıb.
O, heyvanları əziyyət içində maşının arxasınca qaçmağa məcbur edib. İtlərdən biri taqətdən düşüb ipdən qopduqda, sadist onları maşının salonuna soxub.
Hadisəni görən digər sürücülər dərhal polisə məlumat veriblər. Müayinə zamanı “Martsipan”da qulaq pərdəsinin zədələnməsi, “Nuqa”da isə pəncə travmaları və dəri iltihabı aşkar edilib.
Hazırda baytar nəzarətində olan heyvanlara işgəncə verən şəxsi bir ilə qədər həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






