Türk dövlətlərinin ortaq Fövqəladə Hallar Təşkilatı yaradılacaqbackend

Türk dövlətlərinin ortaq Fövqəladə Hallar Təşkilatı yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Dövlətləri Təşkilatı dövlət başçılarının VIII Zirvə Görüşündə qəbul edilmiş İstanbul Bəyannaməsində bir sıra məsələlər əksini tapıb.

bu məsələlərdən biri dövlətlərin fövqəladə hallara qarşı ortaq təşkilatının yaradılmasıdır.

Türkiyədə və regionda baş verən meşə yanğınları və sel kimi fəlakətlərdən dərin narahatlığın ifadə olunduğu bəyannamədə vurğulanıb ki, Türkiyənin təklifi ilə təbii fəlakətlərin təsirlərini azaltmaq məqsədilə ortaq axtarış-xilasetmə və reabilitasiya çalışmaları aparmaq üçün “Türk Dövlətləri Təşkilatı Mülki Müdafiə” adı altında Türk Dövlətləri Təşkilatı strukturunda aidiyyəti qurumun yaradılması istiqamətində çalışmalara başlanmasına təlimat verilib.