Türk Hava Yollarına məxsus təyyarədən mərakeşli sərnişinlər qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türk Hava Yollarına məxsus İstanbul-Mərakeş reysi ilə uçan təyyarədən qaçan iki Mərakeş vətəndaşının kimliyi məlum olub. Qaçanların 26 yaşlı Fuad əl-Sella və 43 yaşlı Mohamed Lazaar olduğu bildirilir.
İstanbul-Mərakeş reysi zamanı qeyri-adi hadisə baş verib. Təyyarədə olan 5 nəfərlik mərakeşli qrup sərnişinlərdən birinin özünü pis hiss etdiyini bildirib.
Bu, Malta adasına təcili enişə səbəb olub. Təcili yardım işçiləri təyyarəyə minərək xəstəni müalicə etməyə başlayarkən 4 nəfər təyyarənin arxa qapısını açaraq platformaya atılıb.
İki qaçan tutulub və onlar “xəstə” sərnişinlə birlikdə Mərakeşə qaytarıliblar. İki Mərakeş vətəndaşı qaça bilib.
Səlahiyyətlilər 26 yaşlı Fuad əl-Sell və 43 yaşlı Mohamed Lazaarın tapılması üçün səyləri davam etdirir.
Təxminən 2 saat gözlədikdən sonra təyyarə Mərakeşə uçuşunu davam etdirib. Bu hadisə yeni qaçmağa cəhd hadisəsi kimi qeydə alınıb.
Xuraman Etibarlı
İnterpress.az