Türkiyəli siyasətçi yenidoğulan körpələrin öldürülməsi işi ilə bağlı bəzi təfərrüatları açıqlayıb.
İnterpress.az xəbər verir ki, İYİ Partiya üzvü Turhan Çömez “Yeni doğulmuşlar bandası”nın türk körpələrini necə şikəst etdiyinin təfərrüatlarını bölüşüb.
O bildirib ki, onlar (qatil həkimlər – red.) oğlan körpələrin xayalarını sıxaraq kişilikdən məhrum ediblər.
“Onlar oğlan körpələrin xayalarını sıxaraq zədələyiblər.
Daha sonra utanmadan, sıxılmadan belə fotoları öz aralarında paylaşıb, smayliklərlə gülüşüblər”, – Çömez deyib.
Siyasətçi əlavə edib ki, qatil həkimlər arasında hələ də həbs olunmayanlar var.
Xatırladaq ki, oktyabr ayında Türkiyədə yeni doğulmuş körpələrin ölümünə səbəb olan “qatil həkimlər” dəstəsi tutulub. İstanbul, Çorlu və Tekirdağda özəl xəstəxanaların reanimasiya şöbələrinə şəraitsız yerə yerləşdirilən 12 körpə səhlənkarlıq ucbatından dünyasını dəyişib.
Cinayətkar mama-ginekoloqlar şəbəkəsi yeni doğulan sağlam körpələrə saxta diaqnozlar qoyublar. Daha sonra onları dövlət xəstəxanalarından özəl xəstəxanalara keçirərək reanimasiya şöbəsinə yerləşdiriblər ki, bir gün saxladıqları üçün dövlətdən 8000 lirədən rəsmi ödəniş alsınlar.
Bununla da, ümumilikdə, dəstə təxminən 1 milyard türk lirəsi (29,25 milyon dollar) əldə edib.
“Yeni doğulmuşlar dəstəsi”nin 47 üzvündən 21-i həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az