Türkiyə ilk dəfə zərbə PUA-ları dəstəsini uğurla sınaqdan keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin STM dövlət müdafiə şirkəti məlumat yayıb.
Türkiyənin STM dövlət müdafiə şirkəti ölkədə ilk dəfə olaraq döyüş sursatlarından istifadə etməklə PUA dəstəsi (“swarm”) texnologiyasının uğurlu sınaqlarını həyata keçirib.
Sınaqlar çərçivəsində pilotsuz uçuş aparatlarının koordinasiyalı şəkildə fəaliyyəti yoxlanılıb.
Vahid mərkəzdən idarə olunan 20 zərbə dronundan ibarət dəstə qarşıya qoyulan bütün hədəfləri tam dəqiqliklə məhv edib.
Bu uğurlu sınaq Türkiyənin avtonom və dəstə sistemləri sahəsindəki geniş imkanlarını və texnoloji üstünlüyünü bir daha təsdiqləyib.
Xuraman Etibarlı
İnterpress.az






