Türkiyə kəşfiyyatı İsrail casusunu həbs edib.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məxfi xidmətin işi nəticəsində İsrail kəşfiyyatının pul şəbəkəsini təmin edən Kosovo vətəndaşı Liridon Reksxepi həbs edilib.
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Rexhepinin Türkiyədə MOSSAD pul şəbəkəsini idarə etdiyini müəyyən edib.
O, Türkiyədə İsrail kəşfiyyatının göstərişi ilə pilotsuz təyyarələrlə atəş açan, fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar aparan və Suriya tarlaları ilə bağlı məlumat toplayan sahə personalına pul köçürüb.
Xuraman Etibarlı
İnterpress.az