Türkiyə kəşfiyyatı PKK-nın iki liderini öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə kəşfiyyatı MİT Suriyanın şimalında həyata keçirdiyi məqsədyönlü əməliyyatda kürd hərbi-siyasi təşkilatı PKK-nın iki liderini – Hüseyn Öztürk və Vidan Fateni məhv edib.
Onlar Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” antiterror əməliyyatları zonasında yerləşən Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hərəkətə keçiblər.
Xuraman Etibarlı
İnterpress.az