“Azərbaycanlı qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir yerdə olmağa davam edəcəyik”.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycanın 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü münasibəti ilə “X” hesabında etdiyi paylaşımda bildirilib.
“İki bədəndə bir can: Türkiyə – Azərbaycan. Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, Azərbaycan xalqına salamlarımızı çatdırırıq. Yaşasın Türkiyə – Azərbaycan qardaşlığı”, – nazirlikdən qeyd olunub.