Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi erməni terrorunu əks etdirən videoçarx hazırlayıbbackend

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi erməni terrorunu əks etdirən videoçarx hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ASALA və JCAG kimi erməni terror təşkilatları tərəfindən törədilən qətliamlara dair videoçarx hazırlayıb.

İnterpress.az xəbər verir ki, videoçarxı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun öz rəsmi “Twitter” səhifəsində paylaşıb.

F.Altun paylaşımında şərh olaraq bildirib: “Erməni terror təşkilatları, bir sıra sui-qəsdlər, bombalı və silahlı hücumlar təşkil edərək türklərlə yanaşı, Azərbaycan, Fransa, İsveç və ABŞ vətəndaşları da daxil olmaqla çox sayda dinc insanı qətlə yetirib”.

 

İnterpress.az