Türkiyə Prezidentindən İrana sual – “Sizin bu hərəkətləriniz məntiqlidirmi?”backend

Türkiyə Prezidentindən İrana sual – “Sizin bu hərəkətləriniz məntiqlidirmi?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, dövlət başçısı Afrikadan qayıdarkən jurnalistlərin bununla bağlı sualını cavablandırıb.

O qeyd edib ki, İran Naxçıvan sərhədində və Cənubi Qafqazda hərbi aktivlik nümayiş etdirir:

“İran bir tərəfdən də Azərbaycanın İsrail ilə əlaqələrinə işarə edir. Türkiyənin Qafqazda aktiv və daimi faktora çevrildikdən sonra İranın bu hərəkətləri məntiqlidirmi və bu isti böhrana çevriləcəkmi?”, – Türkiyə Prezidenti vurğulayıb. (modern.az)