Türkiyə Ukrayna ərazisində birtərəfli “referendum” cəhdlərini pisləyibbackend

Türkiyə Ukrayna ərazisində birtərəfli “referendum” cəhdlərini pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçiriləcək referendumlar Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanması üçün səylərə mane olacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda deyilir.

“Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində birtərəfli referendumlar təşkil etmək cəhdlərindən narahatıq. Belə qeyri-qanuni fakt beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, onlar diplomatik prosesi canlandırmaq səylərinə mane olacaq və qeyri-sabitliyin dərinləşməsinə gətirib çıxaracaq”, – deyə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Mənbə: TRT