Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) olan nümayəndə heyətləri Bakıya səfəri çərçivəsində ADA Universiteti, Azərbaycan Universiteti, Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetində olub.
“32gun.az”ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, iki universitetlə protokol hazırlığı, digər iki universitetlə isə ilkin protokollar hazırlanıb.
“Ümid edirəm ki, bu akademik əməkdaşlıq təşəbbüsləri türk millətinə və dövlətlərimizə faydalı olacaq.
Azərbaycan, Türkiyə və ŞKTC arasında qardaşlıq və ittifaq daimi olsun”, – İşbilir əlavə edib.