İstanbulda bir ailənin faciəvi ölümündən və ardıcıl zəhərlənmə hallarından sonra nazirlik sərt tədbirlərə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, ölkədə baş verən bir neçə zəhərlənmə hadisəsindən sonra qida təhlükəsizliyinə nəzarət gücləndirilir. Xüsusilə İstanbulun Fatih rayonunda dörd nəfərlik alman-türk ailəsinin ölümü ciddi narahatlıq yaradıb.
İlkin olaraq ailə üzvlərinin qidadan zəhərləndiyi ehtimal edilsə də, yarılma nəticəsində onların qaldıqları oteldə istifadə edilən həşərat əleyhinə maddələrdən (insektisidlər) zəhərlənərək öldüyü məlum olub.
Nazir qeyd edib ki, cari ilin noyabr ayına qədər ölkə üzrə bir milyondan çox yoxlama aparılıb. Qanun pozuntularına görə 25 750 müəssisəyə ümumilikdə 51,8 milyon dollar məbləğində cərimə tətbiq edilib.
Xuraman Etibarlı
İnterpress.az






