Türkiyənin Dənizli şəhərinin Serinhisar rayonuna bağlı Pınarcık məhəlləsində avtomobil qəzasında 4 nəfər ölüb.
“İnterpress.az” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Dənizli – Antalya magistral yolunda baş verib.
Bildirilib ki, qəzaların tez-tez baş verdiyi Pınarcık məhəlləsində dönməyi çatdırmayan avtomobil yoldan çıxaraq çuxura düşüb.
Qəza 4 nəfərin ölümü ilə yanaşı 3 nəfərin də yaralanması ilə sonuclanıb.
Faktla bağlı araşdırma aparılır.