Türkiyədə bəzi təhsil müəssisələrində rus dili məcburi dərs olacaqbackend

Türkiyədə bəzi təhsil müəssisələrində rus dili məcburi dərs olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə turizm sənayesi üçün kadr hazırlayan təhsil müəssisələrində rus dili məcburi dərs olub.

“RİA Novosti”nin məlumatına görə, bu barədə respublikanın Mədəniyyət və Turizm naziri  Mehmet Nuri Ersoy bəyan edib.

“Türkiyəlilər rusiyalıları sevirlər. İki xalq arasında uzunmüddətli tarixi münasibətlər inkişaf edib. Rusiya vətəndaşları son üç-dörd ildə deyil, 20 ildən çoxdur intensiv şəkildə gəlirlər. Ölkəmizdə çoxları rus dilində danışır. Hətta turizmlə bağlı olan peşə məktəblərimizdə belə, rus dili artıq məcburidir”, – deyə o bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Türkiyə Rusiya vətəndaşları üçün koronavirusla bağlı zəruri PZR testi tələbini ləğv edə bilər.

 

 

İnterpress.az