Türkiyədə daş kömür mədəni çöküb, ölən və yaralananlar varbackend

Türkiyədə daş kömür mədəni çöküb, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“İnterpress.az” xəbər verir ki, bunu Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman mədəndə 280 nəfər olub: “Çökmə 4 nəfərin işlədiyi hissədə baş verib. Bundan başqa heç bir risk yoxdur. Partlayış yoxdur, çökmədir”.

Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib.

Armutçuk müəssisəsinə məxsus mədənin çökməsinin səbəbi hələ ki məlum deyil.