Türkiyədə illik inflyasiya 79 %-ə çatıbbackend

Türkiyədə illik inflyasiya 79 %-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyun ayında Türkiyədə aylıq inflyasiya 4,95 %, illik inflyasiya isə 78,6 % təşkil edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Bunlar proqnozlardan müvafiq olaraq 0,51 faiz bəndi və 0,85 faiz bəndi çoxdur.

Hesabat dövründə ən yüksək illik inflyasiya nəqliyyat (123,37 %), qida və spirtsiz içkilər (93,93 %), ev əşyaları (81,14 %), ən aşağı illik inflyasiya isə rabitə (23,74 %), geyim və ayaqqabı (26,99 %), təhsil (27,76 %) və səhiyyədə (39,34 %) qeydə alınıb.