Türkiyədə “Kasperlər”ə qarşı böyük əməliyyat: 96 nəfər saxlanıldı
İnterpress.az xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkarlığa qarşı növbəti uğurlu əməliyyat həyata keçirib.
Məlumata görə, Hamuş Atizin rəhbərlik etdiyi “Kasperlər” adlı cinayətkar təşkilata qarşı ölkənin 21 bölgəsində keçirilən reydlər zamanı 96 şübhəli şəxs saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






