Türkiyədə meşə yanğınları çöl vaşaqlarının sayı azaldıbbackend

Türkiyədə meşə yanğınları çöl vaşaqlarının sayı azaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bir müddət əvvəl baş vermiş meşə yanğınları nəticəsində çöl vaşaqlarının sayı azalıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, son illərdə Muğlada baş verən böyük meşə yanğınları nəsli kəsilməkdə olan çöl vaşaqlarının populyasiyasını təhlükə qarşısında qoyub.

Məlumata görə, çöl vaşaqları Türkiyədə yalnız Anadolunun cənub-qərbində məskunlaşıblar.

Çöl vaşaqları Aydın, Dənizli, Muğla, Antalya və Burdurda yayılıb.