Türkiyədə yeni doğulmuş körpələrin ölümünə səbəb olan “qatil həkimlər” dəstəsi ilə bağlı böyük qalmaqal yaşanır.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb. Bildirilir ki, İstanbul, Çorlu və Tekirdağda özəl xəstəxanaların reanimasiya şöbələrinə şəraitsız yerə yerləşdirilən 12 körpə səhlənkarlıq ucbatından dünyasını dəyişib.
Cinayətkar mama-ginekoloqlar şəbəkəsi yeni doğulan sağlam körpələrə saxta diaqnozlar qoyublar. Daha sonra onları dövlət xəstəxanalarından özəl xəstəxanalara keçirərək reanimasiya şöbəsinə yerləşdiriblər ki, bir gün saxladıqları üçün dövlətdən 8000 lirədən rəsmi ödəniş alsınlar.
Körpələri saxlayıb, sonra valideynlərinə qaytarıblar. 12-si geri qaytarılmadı idi, təssüf ki, onlar öldürülüb.
Bununla da, ümumilikdə, dəstə təxminən 1 milyard türk lirəsi (29,25 milyon dollar) əldə edib.
İndi “Yeni doğulmuşlar dəstəsi”nin 8 üzvü məhkəmə binasına gətirilib, Onlar prokuroru ölümlə hədələyiblər.
Xuraman Etibarlı
İnterpress.az