Türksat Türk Qızıl Ayparasının rəhbərliyi ilə hazırlanan və 3 min ton humanitar yardım daşıyan Qəzzaya yardım gəmisi ilə genişzolaqlı internet xidməti ilə əlaqəni təmin edəcək.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Şirkətdən verilən məlumata görə, gəmi donorlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində verilən təcili yardım, su təmizləmə sistemi, qida, gigiyena paketi, içməli su, çadır və dərman kimi yardım materiallarını daşıyır.
Yükləmə prosesi tamamlandıqdan sonra gəminin Qəzzaya təhlükəsiz şəkildə çatması üçün böyük əhəmiyyət kəsb edən rabitə infrastrukturundan Türksat məsuliyyət daşıyacaq.
Gəmi ilə canlı və fasiləsiz əlaqə Türksatın yerli və milli peyk antenaları, HidrON SOTM antenaları və Türksat peykləri vasitəsilə təmin ediləcək. Peyk antenası Türksat 5B başda olmaqla bütün Türksat peyklərinə anında qoşula biləcək.