Türkiyədən koronavirusla bağlı ümidverici xəbər: “Yaxında maska həyatımızdan çıxacaq” – FOTObackend

Türkiyədən koronavirusla bağlı ümidverici xəbər: “Yaxında maska həyatımızdan çıxacaq” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yaxın zamanlarda maska həyatımızdan çıxacaq.

Bu barədə “Twitter” hesabında yazan türkiyəli nazir qeyd edib:

“Azad nəfəs alacağımız günlərdən ötrü darıxırıq. Yaxın zamanlarda maska həyatımızdan çıxacaq. COVID-19 peyvəndinin hazırlıqlarında böyük irəliləyişlər var.

Nəticəni gözləyək. Evimizdən kənarda, başqaları ilə olduğumuz hər yerdə maskamızı qaydalara uyğun şəkildə taxaq. Səbriniz üçün sağ olun”.

O, Ülkü Tamerin şeirindən bir misranı da paylaşımına əlavə edib:

“İçimə çəkdiyim hava deyil, göy üzüdür”.

 

İnterpress.az