Türkiyəli səyahətçi kosmosa gedəcək: Tarixi müqavilə imzalandı – FOTObackend

Türkiyəli səyahətçi kosmosa gedəcək: Tarixi müqavilə imzalandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə kosmosa ilk insanlı səyahət üçün tarixi bir müqavilə imzalayıb.

Bu barədə Türkiyə sənaye və texnologiya naziri Mustafa Varank məlumat verib.

Nazir “Twitter” hesabında Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə keçiriləcək ilk insanlı kosmos səyahəti ilə bağlı mühüm açıqlamalar verib.

“Cümhuriyyətimizin 100-cü ildönümündə həyata keçiriləcək ilk insanlı kosmos missiyası ilə bağlı tarixi müqaviləyə imza atdıq.

Kosmosa gedəcək türkiyəli səyahətçi ilə bağlı seçimlər davam edir. Bununla bağlı təlim və uçuş xidməti üçün “Axiom_Space” şirkəti ilə əməkdaşlıq edəcəyik”, – deyə Mustafa Varank qeyd edib.