“Türkiyənin AVRO-2032-yə ev sahibliyi etmək şansı İtaliyadan çoxdur”backend

“Türkiyənin AVRO-2032-yə ev sahibliyi etmək şansı İtaliyadan çoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin 2032-ci il Avropa çempionatına ev sahibliyi etmək şansı İtaliyadan daha çoxdur”.

İnterpress.az-ın məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin 2032-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatını qəbul etmək istəyən ölkələr barədə “La Gazzetta dello Sport” nəşrinə açıqlamasında deyib.

Sloveniyalı funksioner bildirib ki, hazırda Türkiyə bunun üçün daha yaxşı şansa malikdir: “Bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə də danışmışam. Bu ölkədə Çempionlar Liqasının finalını keçirə biləcək stadion belə yoxdur. Bu, inanılmaz bir şeydir. Ümid edirəm ki, yerli federasiya və hökumət məsələnin əhəmiyyətini başa düşəcək və lazımi addımlar atacaq”.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası 2028-ci il Avropa çempionatına ev sahibliyi üçün də UEFA-ya rəsmi müraciət edib.