Türkiyəyə yardıma gedən ikinci qrup sərhədi keçdibackend

Türkiyəyə yardıma gedən ikinci qrup sərhədi keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün axşam saatlarında qardaş Türkiyəyə yardım üçün yola çıxan FHN kolonu artıq Gürcüstandadır.

Yaxın 10 saat ərzində FHN-çilərin yanğın ərazilərinə çatacağı gözlənilir.

Qeyd edək ki, FHN-in 100 nəfərlik heyəti, o cümlədən amfibiya təyyarəsi və helikopterləri Marmaris də daxil olmaqla, bir neçə ərazidə yanğınsöndürmə prosesinə iki gündür qoşulub.

Ötən gün isə 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedicinin daxil olduğu növbəti qrup Bakıdan yola düşüb.