“Twitter” RT telekanalının hesabını bloklayıbbackend

“Twitter” RT telekanalının hesabını bloklayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Twitter” administrasiyası Rusiyanın RT telekanalının hesabını bloklayıb.

İnterpress.az xəbər verir ki, “Twitter”də RT səhifəsinə daxil olan zaman istifadəçilər “Hesablara giriş bağlanıb” mesajını alırlar.

Telekanalın nümayəndələri bloklanmaya səbəb kimi əsir götürülmüş Ukrayna Silahlı Qüvvələri hərbçisinin komandanlıq tərəfindən tərk edildiyini söylədiyi paylaşımın yayımlanması olduğunu bildiriblər. Onlar əlavə ediblər ki, artıq bloklama qərarından apellyasiya şikayəti veriblər.

Bundan öncə də, martın 24-də Avstriyada RT-nin qadağan olunduğu bildirilirdi.