UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artıraraq Rusiyaya daha da yaxınlaşıbbackend

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artıraraq Rusiyaya daha da yaxınlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.

İnterpress.az-ın məlumatına görə, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə heç-heçə (2:2) etməsi sayəsində mümkün olub.

Bu bərabərlik sayəsində ölkə reytinqinə daha 0,500 xal əlavə edilib. Azərbaycan hazırda 18.125 əmsalla 29-cu pillədə qərarlaşıb. Cari mövsümdəki əmsal isə 3,875-ə çatıb.

UEFA-nın qərarı ilə klubları avrokuboklarda iştirak etməyən Rusiya 18.632 xalla 28-ci sıradadır.

Reytinqə 98,678 əmsalla İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80.998) isə üçüncü pillədə qərarlaşıb.