Uhanda COVID-19 haqqında məlumat verən çinli jurnalist dörd illik həbs edilibbackend

Uhanda COVID-19 haqqında məlumat verən çinli jurnalist dörd illik həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Çində Şanxay məhkəməsinin qərarı ilə 37 yaşlı jurnalist Çanq Can “qarışıqlıq yaratma və xalqı provokasiya etmə” ittihamı ilə dörd il müddətinə həbs olunub.

“South China Morning Post” qəzeti bu barədə xəbər yayıb.

Müttəhimin vəkili bildirib ki, may ayında tutulan müvəkkili bir neçə aydır aclıq aksiyası keçirdiyindən səhhəti pisləşib və məhkəməyə əlil arabası ilə qatılıb.

Qeyd edək ki, Çanq fevral ayının əvvəlində getdiyi Uhan şəhərində COVID-19 epidemiyası ilə bağlı canlı yayım edib və səlahiyyətlilərin virusa qarşı tətbiq etdiyi üsulu tənqid edən məqalə yazıb.

Şanxayda yaşayan jurnalist getdiyi Uhanda şahidi olduğu şeyləri “Twitter”, “YouTube” və digər hesablarında canlı yayımlayıb.

 

 

İnterpress.az