Ukrayna Belarusla sərhədi möhkəmləndirirbackend

Ukrayna Belarusla sərhədi möhkəmləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya qoşunlarının bu ölkə ərazisindən mümkün hücumu fonunda Belarusla sərhədi möhkəmləndirir.

Bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin BBC-yə müsahibəsində deyib.

“Biz Rusiya və Belarusla sərhədin bütün uzunluğu boyunca müdafiə xətləri qururuq”, – deyən Yenin bura atıcı silah və artilleriya mövqeləri və sursat anbarlarının da daxil olduğunu vurğulayıb.

“Hava hücumundan müdafiə sistemimiz sayəsində biz Rusiya tərəfinin buraxdığı pilotsuz uçuş aparatlarının 90 %-ni vura bildik”, – deyə o, paytaxtın enerji infrastrukturunun bir hissəsinin xeyli zədələndiyini və energetiklərin elektrik enerjisini bərpa etmək üçün gecə-gündüz işləməli olduğunu etiraf edib.